Yazını böyüt
Yazını kiçilt
Moskvada avtomobil kuryerlərinin maksimum aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 20 min rubl artaraq 170 min rubla (1875 dollar) yüksəlib. Amma orta əməkhaqqı aşağıdır.
Hafta.az-ın yazdığına görə, “SuperJob” insan resursları xidmətinin rəsmiləri bildirirlər ki, avtomobil kuryerləri şəhərdə orta hesabla 95 min rubl qazanırlar. Bununla belə, bu orta göstəricinin üç il ərzində davamlı olaraq artması diqqət çəkir.
Piyada və ya velosipedlə kuryerlərin orta qazancı da ötən illə müqayisədə 5 min rubl artaraq 65 min rubla (717 dollar) çatıb. 2020-ci ildə bu orta hesabla 20 min rubl civarında idi.
Bu kateqoriyada təklif olunan maksimum əməkhaqqı 115 min rubl təşkil edir.